Cümə , 27 Mart 2026
Drone Cameras

Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC və Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.

Boyukmillet.com xəbər verir ki, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin istehsalını nəzərdə tutur.

Memorandumu “Azərmaş”ın sədri Emin Axundov və “Sollers”in baş direktoru Nikolay Sobolev imzalayıblar.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …