“Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.
Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib.
“Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, – baş katib vurğulayıb.
O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə olunması üçün perspektiv görmür.
Şimali Koreyanın nüvə proqramının tamamilə qəbuledilməz olduğunu deyən A.Quterreş nüvə silahının olmadığı dünyanın qurulmasının mümkün olduğunu düşünür.