Cümə axşamı , 2 May 2024
Drone Cameras

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icrada…

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “XXI Əsrin Qadınları“ İctimai Birliyi  “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı” adlı layihəsi icra edir. Layihə çərçıvəsində Şirvan şəhəri üzrə mərkəzdə görüş keçirilib.

Nəzərə çatdıraq ki, mərkəzdə  könüllülərdən ibarət komanda formalaşıb, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik probleminə dair informasiya təminatının həyata keçirilməsi məqsədilə məlumatlandırma işinə start verilib.

İctimai məlumatlılığın artırılması ilə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarının müdafiəsi haqqında təlimatlandırmalara nail olunub. Bundan başqa, məlumat kitabçası paylanıb, pulsuz hüquqi yardım göstərilib, əlillərin və sağlamlıq imkanları  məhdud uşaqların əlillik problemi ilə bağlı uşaqların hüquqları mövzusunda valideynlərlə görüşlər keçirilib. Habelə,  valideynlərə müvafiq təlimatlar verilib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …