Cümə , 29 Mart 2024
Drone Cameras

Bu qız tanınmış təşkilatın vitse-prezidenti təyin edildi – FOTOLAR

Noyabrın 6-da Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının növbəti Ümumi Yığıncağı keçirilib. İclasda təşkilatın fəaliyyəti və gələcək prespektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra AGAT-ın vitse-prezidenti seçilib. Ümumi Yığıncağın yekdil qərarı ilə Fatima İsgəndərova bu posta layiq görülüb.

Fatimə İsgəndərova AGAT-ın ictimai, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu qeyd edib. Ona göstərilən etimadı doğruldaçağını, Azərbaycan həqiqətlərinin dünya icimayyətinə çatdırılması istiqamətində əzmlə çalışacağını və ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəyini bildirib.

AGAT-ın yeni vitse-prezidenti Fatima İsgəndərova Azərbaycan Dillər Universitetinin məzunudur. O, Excellence Training Center JLT, Dubai General English, Baku American Center, Reading Circle beynəlxalq sertifkatlarına layiq görülüb.

Fatima İsgəndərova 2015-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Faundreyzinq şöbəsinin rəhbəridir. Bundan başqa o, AGAT-ın layihəsi olan Etika Akademiyasında ingilis dilini tədris edir.

Xatırladaq ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi 05 may, 2007-ci il tarixində təsis edilmişdir və 03 iyul, 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

Birliyin əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından köməklik göstərməkdir.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …