Cümə , 26 Aprel 2024
Drone Cameras

“Freedom Haus” yenə Azərbaycana qarşı – Ermənistan 13, Azərbaycan 48-ci yerdə…

Azər Həsrət: “İnternetlə bağlı Azərbaycanın “qeyri-azad” ölkə hesab edilməsi qərəzli münasibətin göstəricisidir”

“Freedom Haus” təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqi dərc edib. Təşkilat hesab edir ki, dünyada internet azadlığını ən çox pozan ölkə Çindir.

“Freedom Haus” hesab edir ki, keçmiş SSRİ ölkələrindən Baltik ölkələrindən başqa, guya bu gün yalnız Ermənistan və Gürcüstanda internet azadlığı var. Digər ölkələr, o cümlədən, Azərbaycan qeyri-azad ölkələr siyahısına daxil edilib. Qırğızıstan və Ukraynada internet “qismən azad”, Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistanda “qeyri-azaddır”.

Gürcüstan və Ermənistan hesabatda müvafiq olaraq 10 və 13-cü yerləri tutublar, Azərbaycan isə 48-ci yerdədir. Azərbaycan haqqında hissədə deyilir ki, ölkədə dəfələrlə internet rabitə kanalları kəsilib, onlarla yerli və beynəlxalq sayt bloklanıb, sosial şəbəkələrə çıxış məhdudlaşdırılıb. Guya bütün bunlar hakimiyyətdən narazı olan səsləri “susdurmaq” və fəalların sosial şəbəkələr vasitəsilə etirazlara səfərbər olmasına “mane olmaq” məqsədilə edilib.

Təşkilatın iddiasına görə, internetdən istifadə imkanları səviyyəsinə görə İslandiya, Estoniya, Kanada, Almaniya, Avstraliya, Böyük Britaniya, ABŞ daha öncül mövqedə qərarlaşıblar.

Azərbaycanın internet azadlığına görə “qeyri-azad” ölkələr sırasına aid edilməsi, açıq-aşkar, bu təşkilatın ölkəmizə qarşı olan qərəzli münasibətindən irəli gəlir. Çünki qanunla hansısa saytın bloklanması o demək deyil ki, insanların internetə çıxış imkanları məhdudlaşdırılır.

Maraqlıdır, bəs ekspertlər “Freedom Haus”un bu yanaşmasını necə dəyərləndirirlər?

  • “Dövlət internetin inkişafı üçün mümkün olan hər şeyi edir ki, vətəndaşlar sərbəst şəkildə ondan istifadə etsinlər”

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, internetlə bağlı Azərbaycanın “qeyri-azad” ölkə hesab edilməsi qərəzli münasibətin göstəricisidir: “Bu cür qərəzli münasibət də təsadüfi deyil. Məsələ ondadır ki, “Freedom Haus” təşkilatının Cənubi Qafqaz üzrə bir nümayəndəsi var. Həmin şəxs ermənipərəst bir gürcüdür. Düşünürəm ki, sözügedən qiymətləndirmədə onun rolu az deyil. Çünki həmin adam, faktiki olaraq, özü hər zaman anti-Azərbaycan mövqeyindədir. Yəni fürsət düşən kimi, mümkün qədər Azərbaycana pislik etməyə çalışır. Bu şəxsin Azərbaycana yönəlik nifrəti var. Bu baxımdan hesab edirəm ki, həmin şəxsin qərəzli rəyi burada öz rolunu oynayıb. Ancaq belədə “Freedom Haus” hər zaman Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyib. Son yanaşma da bunun tərkib hissəsidir. Bununla yanaşı, Ermənistan və Gürcüstanda internetin daha azad olması ilə bağlı deyilənlər nağıldır. Çünki Gürcüstan, Ermənistanda bu və ya digər şəkildə internetdə problemlərlə qarşılaşmaq mümkündür. Azərbaycanda da təbii ki, müəyyən məsələlər var, amma bunların heç biri internetin, ümumilikdə, əngəllənməsi demək deyil. Azərbaycan dövləti internetin inkişafı üçün mümkün olan hər şeyi edir ki, vətəndaşlar sərbəst şəkildə ondan istifadə etsinlər. Üstəlik, Prezident İlham Əliyev dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, biz heç bir halda internetə bu və ya digər şəkildə məhdudiyyət tətbiq etmirik. Həqiqətən də bu belədir. İndi kimlərinsə saytları bloklanıb və onlar başlayıb hay-küy salmağa. Onların saytı ona görə bloklanıb ki, həmin şəxslər qanunu pozublar. Hansı hallarda saytların bloklanması qanunla tənzimlənir. ABŞ-da, Böyük Britaniyada və digər ölkələrdə internet üzərindən qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı bu cür məhdudiyyətlər tətbiq olunur. Bu o demək deyil ki, həmin ölkələrdə internet azad deyil. Ona görə də “Freedom Haus”un Azərbaycana yanaşması sadəcə qərəzlidir”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …