Cümə , 22 Noyabr 2024
Drone Cameras

Akardan Akşənərə: “Cənub ordusu” nədir?

Türkiyənin nizami ordusu var. “Cənub ordusu” hardan çıxdı? Kim edəcək bunu? Konstitusiya çərçivəsində xidmət edən silahlı qüvvələrimiz, Baş Qərargah rəisi, Quru Qoşunları komandanı var. Onlar bilmirlər?!

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar İYİ Partiyasının rəhbəri Maral Akşənərin “cənub ordusu” ilə bağlı sözlərinə cavabında deyib.

O, partiya sədrinin bu yöndə fikirlərini komediya adlandırıb.

H.Akar Türkiyə ordusunda bütün qərarların ümumi müzakirələrdən sonra verildiyini söyləyib.

Qeyd edək ki, İYİ Partiyasının rəhbəri Maral Akşənər hakimiyyətə gələcəkləri təqdirdə Türkiyənin terrorla mübarizə aparması üçün “cənub ordusu” yaradacaqlarını açıqlamışdı.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …