Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Ölüm hökmünü qaytarmaq üçün var gücümlə çalışacam

Ölüm hökmünün qaytarılması üçün mübarizə aparacağam.

Boyukmillet.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Mən Avropada və bütün dünyada ölüm hökmünün qaytarılması üçün siyasi mübarizə aparacağam, çünki Belqrad, Malo Oraşe və Dubonada baş verənlərə görə başqa cəza yoxdur. Siz 13 və ya 14 yaşındakı cəlladı öldürə bilməzsiniz. Amma bu işdə əli olan hər kəs ən ağır cəzanı çəkməlidir. Nə qədər ki, mən prezidentəm, bütün səlahiyyətimlə, var gücümlə mübarizə aparacağam ki, onlar ən yüksək cəzanı alsınlar və bir vətəndaş kimi mən bu barədə hər yerdə danışacağam”, – Vuçiç bildirib.

Xatırladaq ki, mayın 3-də paytaxt Belqraddakı Vladislav Ribnikar adına orta məktəbdə 14 yaşlı şagirdin silahlı hücumu nəticəsində 9 nəfər həlak olub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …