Əfqanıstan-İran sərhədində atışma olub.
Boyukmillet.com xəbər verir ki, “Taliban” döyüşçüləri “korrupsiyaya uğramış İran İslam Respublikası ilə Amerikaya qarşı müharibədən daha çox həvəslə” mübarizə aparacaqlarını bildiriblər.
“Ağsaqqallar cihada icazə versələr, tezliklə İranı fəth edəcəyik”, – liderlərdən biri deyib.
Bu arada Əfqanıstan Milli Müdafiə Nazirliyi açıq atəşə görə İranın hərbi qüvvələrini günahlandırıb.
“Təəssüf ki, bu gün yenidən İran qoşunları Əfqanıstanın Nimroz əyalətinin Kanq rayonunun sərhəd bölgələrində atəşə və döyüşlərə başlayıb.
İslam əmirliyi dialoqu hər hansı problemi həll etmək üçün ağlabatan bir yol hesab edir, mənfi tədbirlər və müharibə üçün səbəb tapmaq heç bir tərəfin maraqlarına uyğun deyil”, – nazirliyin məlumatında qeyd olunur.
İran tərəfinin məlumatına görə, atışma zamanı bu ölkənin 2 sərhədçisi həlak olub.