Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN Ermənistanın növbəti saxtakarlığına dair faktları açıqlayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb.

“Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya Müharibəsi abidəsini dağıdan və 1992-ci ilin mayında erməni terrorçularının siyahısını yandıran məhz Ermənistandır”, – Ayxan Hacızadə qeyd edib.

“Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, – Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi vurğulayıb.

“Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”, – A.Hacızadə qeyd edib.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …