Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Kreml Moskvaya hücumla bağlı açıqlama verib: “Putin bu barədə danışmayacaq”

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, o, hücumla bağlı hansısa planın gündəlikdə olmadığını söyləyib.

Kremlin sözçüsü həmçinin Prezident Vladimir Putinin bu barədə danışmayacağını vurğulayıb.

D.Peskov hücum nəticəsində itkilərin və şəhər sakinləri üçün heç bir təhlükənin olmadığını bildirib.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …