Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

İranda 3 məhkum edam edildi

İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilən şəxslərin narkotik maddələrin alverində günahlandırıldığı bildirilir.

Bununla yanaşı, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində də 3 məhkumun edam hökmü təsdiq edilib.

Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam edilib.

Check Also

Ukrayna ABŞ-ın iki yüksək vəzifəli rəsmisinə qarşı xüsusi əməliyyat planlaşdırır

Boyukmillet.com xəbər verir ki, Qərb KİV-lərində yayılan məlumatlara əsasən Ukraynanın Xarici Kəşfiyyat Xidməti ABŞ-ın vitse-prezidenti …