Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Ərdoğan serbiyalı həmkarı və Kosovanın Baş naziri ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə telefonla danışıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu telefon danışıqlarında Türkiyənin dövlət başçısı Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu bildirib.

Ərdoğan Türkiyə olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …