“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur”.
Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mənzil təminatı proqramı hər iki müharibə iştirakçıları üçün paralel həyata keçirilir.
Nazir müavini həmçinin avtomobil təminatı proqramının da uğurla həyata keçirildiyini xatırladıb.
Qeyd edək ki, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.