Bazar , 15 Noyabr 2026
Drone Cameras

Dünyanın ən bahalı 100 futbolçusu bəlli olub

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb.

Boyukmillet.com CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann qərarlaşıb.

23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib.

Braziliya yığmasının və İspaniyanın “Real Madrid” komandasının üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və “Arsenal”ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk “10-luq”da, həmçinin, Dortmund “Borussiya”sından ingiltərəli Cud Bellingem (190,2), “Real Madrid”dən braziliyalı Rodriqo (184,5), İspaniya “Barselona”sından Pedri (178) və Qavi (174,1), Almaniya “Bavariya”sından Camal Musiala (170,2), “Mançester Siti”dən Fil Foden (166,8), Fransa PSJ-sindən isə Kilian Mbappe (163,2) də var.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …