Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb edir
Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, Paşinyan Vaşinqtonu aldadıb, ABŞ-ın gözləntilərini heç edib. Ermənistan eyni zamanda “Putin əleyhinə nizamnamə”nin ratifikasiyasından imtina edib, habelə anti-Rusiya koalisiyasına qoşulmayıb.
Belə olduqda Qərb tərəfindən dərhal ittiham irəli sürülüb. Avropada deyirlər ki, Ermənistan Rusiya Federasiyasına Qərbin sanksiyalarından yan keçməyə kömək edir və qeyri-rəsmi parlamentdən kənar koalisiyanın üzvü olan partiyaların liderlərinin şəxsindəki təsir agentləri dərhal ABŞ-ın İrəvandakı səfirliyindən Paşinyanın KTMT-dən çıxdığını elan etməsini tələb etmək tapşırığı aldılar.