Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Kubada nümayişlər zamanı 42 müxalifətçi saxlanılıb

Kuba polisi ölkənin bir neçə şəhərində müxalifət qüvvələrinin keçirdiyi aksiyaları dağıdıb.

“Report” xəbər verir ki, bu barədə “France Presse” məlumat yayılıb. Məlumata görə, polis tərəfindən azı 42 müxalifətçi saxlanılıb.

Kubada qadağan edilmiş UNPACU (Kubanın Vətənpərvərlik İttifaqı) təşkilatının liderlərindən biri Xose Daniel Ferrer agentliyə bildirib ki, müxalifət nümayəndələri paytaxt Havanada, Sentyaqo-de-Kubada və Palma-Soriano keçirilən nümayişlərin gedişatında saxlanılıb.

Nümayişçilər ölkə müxalifətçilərinin həbsxanalardan azad olunmasını tələb edirdilər. Agentlik isə qeyd edir ki, Kuba hakimiyyəti ölkədə siyasi məhbusların olduğunu inkar edir.

Check Also

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir