Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycan XİN başçısı albaniyalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Olta Xhaçka ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində məlumat verilib.

“Hörmətli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfransın kuluarında görüşməyimə şadam. Bizim Azərbaycan və Albaniya arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etmək və onun inkişaf perspektivləri üzərində ətraflı danışmaq imkanımız olub”, – paylaşımda qeyd edilib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …