Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq.
Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.
N.Paşinyan qeyd edib ki, Ermənistan sülh üçün bütün səyləri göstərir: “Biz münasibətlərin nizamlanmasına dair saziş imzalamalıyıq. Ermənistan nümayəndə heyəti bu amalla ABŞ-a gedəcək”.
Hökumət başçısının sözlərinə görə, Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasını keçirməyi təklif edib və görüşün keçirilməsi ilə bağlı prinsipial razılıq var.