Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov Londonda Ermənistanın sülh prosesinə xələl gətirən təxribatlarından danışıb

İyunun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilən “dəyirmi masa” müzakirələrində çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tədbirdə, Azərbaycan-Böyük Britaniya münasibətləri, qlobal və regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar və digər məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov tədbir zamanı iştiraçıları maraqlandıran sualları cavablandırıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …