Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptizefabrika Qorodok”” MMC-nin istehsalı olan 7610.07 kq dondurulmuş toyuq məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …