Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Laçında 842 kq çətənə bitkisi məhv edilib

Laçında 842 kq çətənə bitkisi məhv edilib.

Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Check Also

Azərbaycandan keçməklə qanunsuz yolla Avropa ölkələrinə getmək istəyən sərhəd pozucuları saxlanılıb

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 sərhəd pozucusu saxlanılıb. “Report” xəbər verir ki, bu …