Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Ərdoğan Zelenskidən sonra Putinlə görüşə hazırlaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə cümə günü danışıqlarından sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

“Çox güman ki, Zelenski ilə danışıqlardan sonra Prezident Ərdoğan Rusiya lideri Putinlə üz-üzə görüşəcək. Bu görüş Türkiyədə də, Rusiyada da baş tuta bilər. Lakin görüş ehtimalı yüksəkdir”, – məlumatda deyilir.

Qeyd edək ki, Ərdoğan Ukraynadakı vəziyyəti və iyulun 18-də başa çatacaq taxıl müqaviləsini müzakirə etmək üçün cümə günü İstanbulda Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Check Also

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa …