Bazar , 8 Fevral 2026
Drone Cameras

Bayden: “Müharibə bitməmiş Ukraynanın NATO-ya üzvlüyü III Dünya müharibəsinin başlanğıcı deməkdir”

“Müharibə bitməmiş Ukraynanın NATO-ya üzv olması III Dünya müharibəsinin başlanğıcı deməkdir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.

“Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz”, – Bayden deyib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bildirib ki, Ukrayna müharibə başa çatdıqdan sonra Şimali Atlantika Alyansının bir hissəsi ola bilər. O, həmçinin əlavə edib ki, Kiyev alyansın tələblərini yerinə yetirmək üçün bir sıra islahatlar aparmalı olacaq.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …