Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Polşada dövlət idarəsini partlatmaq istəyən radikal islamçı həbs edilib

“Polşa xüsusi xidmət orqanları əməkdaşları üzərində yerləşdirdiyi partlayıcı şəhid kəməri ilə dövlət müəssisəsini partlatmaq istəyən radikal islamçını saxlayıb”.

Boyukmillet.com xəbər verir ki, bunu “Moskovski komsomolets” nəşri RAR agentliyinə istinadən yayıb. Polşa daxili təhlükəsizlik Agentliyinin yaydığı məlumatda bildirilir ki, 18 yaşlı islamçı “İslam Dövləti” terror qruplaşmasının nümayəndələri ilə sıx əlaqədə olub və fəaliyyətini onlarla koordinə edib. Qurumun yaydığı məlumata görə, etnik polyak ötən ilin sonunda radikal islamçıya çevrilib.

Yeniyetmə iyunun 16-da ölkə ərazisində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Məhkəmə 18 yaşlı barəsində üç aylıq həbs qərarı çıxarıb. Əgər günahı sübuta yetirilsə, o zaman onu 10 il müddətinə həbs gözləyə bilər.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …