Cümə axşamı , 24 Oktyabr 2024
Drone Cameras

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

Çin Rusiya ilə birlikdə hərbi təlimlər keçirməyi planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya silahlı qüvvələri Yapon dənizi sularında təşkil ediləcək “Şimal Qarşılıqlı fəaliyyət-2023” adlı hərbi təlimlərdə iştirak edəcək.

“Təlimin mövzusunun “strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi” olacağı planlaşdırılır. Manevrlərin məqsədi Çin və Rusiya silahlı qüvvələri arasında strateji qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq olacaq”, – nazirliyin məlumatda deyilir.

Check Also

Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin …