Cümə , 22 Noyabr 2024
Drone Cameras

Manat bu tarixdə Xankəndidə dövriyyəyə buraxılacaq

Ermənistan təhlükəsizlik şursının keçmiş katib David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.

Boyukmillet.com xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.

“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsidir”. Proqram 4 mərhələdən ibarətdir.

1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;

2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;

3. Qarabağdakı silahlıların tamamilə tərkisilah edilməsi və ləğv olunması;

4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, – o iddiasında bildirib.

Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsinin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.

D.Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.

“Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “artsax hakimiyyətinə” (separatçılar) verməlidir”, – o bildirib.

Check Also

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com …