Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ruslar döyüşmür, bir neçə tağım təslim oldu

Ukraynanın cənubundakı rus qoşunları təchizat, maddi-texniki təminat və rotasiya ilə bağlı problemlər yaşamaqda davam edir. Bu, əsgərlərin döyüşməkdən imtina etməsinə və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təslim olmasına gətirib çıxarır.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Kremlə bağlı olan məşhur rusiyalı bloger əks-hücum əməliyyatları ilə Ukrayna ordusunun cənub bölgələrini saxlayan Rusiya qüvvələrini tükəndirdiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya hərbi komandanlığı general Popovun işdən çıxarılmazdan əvvəl danışdığı qüvvələrin rotasiyası problemini həll etməyib. Bəzi rusiyalı hərbi müxbirlər Zaporojye istiqamətində bir tağım qədər bir neçə rus hücum qrupunun Ukrayna qüvvələrinə eyni vaxtda təslim olması barədə xəbərlər yayırlar. Rusiyanın Ukraynanın cənubundakı logistikası və əməliyyatları ilə bağlı davamlı problemlər bu qüvvələrin döyüşə bilməməsinə, sonradan isə təslim olmalarına səbəb ola bilər”, – məlumatda deyilir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …