Bazar , 19 May 2024
Drone Cameras

PKK 800 İŞİD üzvünü həbsxanadan buraxdı – terror təşkilatından “Sülh çeşməsi”nə qarşı məkrli addım…

Türkiyə Müdafiə Nazirliyi PKK/YPG terror təşkilatının ən az 800 DEAŞ üzvünü Tel Abyad həbsxanasından sərbəst buraxdığını açıqlayıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Nazirliyin açıqlamasında deyilir. Açıqlamada qeyd edilib ki, DEAŞ təhdidi səbəbilə yüzlərlə itki verən və DEAŞ terrorçuları ortaya çıxdığından bəri tərəddüdsüz iradə ilə bölgədə mövcud olan yeganə ölkə Türkiyədir:

“Türkiyə meydanda DEAŞ-lə silahlı mübarizə aparan yeganə NATO və koalisiya ölkəsi olaraq Suriya və İraqda 4 mindən çox radikal DEAŞ üzvünü zərərsizləşdirdiyi halda, PKK/YPG terror təşkilatı Tel Abyad həbsxanasından ən az 800 DEAŞ üzvünü sərbəst buraxıb. Başda DEAŞ olmaqla, terror təşkilatlarını bölgədən silib atmaq məqsədi daşıyan ‘Sülh çeşməsi’ əməliyyatı və son zamanlarda DEAŞ-ın qondarma liderlərinə qarşı keçirilən əməliyyatlar qətiyyətimizin göstəricisidir.”

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …