Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Baş prokuror: “Bu il 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər işdən çıxarılıb”

“Bu ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb”.

Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.

Qeyd olunub ki, həmin müddətdə 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.

Check Also

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin …