Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sepah silah arsenalına yeni qanadlı raket daxil edib

İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Qüvvələri iyulun 25-də “Əbu Mehdi” adlı qanadlı raketi silah arsenalına daxil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, qanadlı raketin təhvil verilməsi mərasimində İranın müdafiə naziri Məhəmməd Rza Qarai Aştiani və başqa hərbi rəsmilər iştirak edib.

Məlumata görə, “Əbu Mehdi” İran Silahlı Qüvvələrinin dəstəyi ilə Müdafiə Nazirliyinin aerokosmik sənayesinin məhsulu sayılır. Raket minlərlə kilometr məsafədəki hədəfi vura bilir. Onun başlığında gəmi, freqat və təyyarə daşıyan esminesləri dağıtmaq qabiliyyəti olan partlayıcı yerləşdirilib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …