“Ukrayna hava hücumundan müdafiə sistemini gücləndirəcək”.
Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik onlayn iclasın gedişində bəyan edib.
“Silah və sursatların tədarükü ilə bağlı cari hesabatları dinlədim. Bizim hava hücumundan müdafiə sistemimizi gücləndirmək üçün təşəbbüslər və səylər var. Bu sistemlər ən çox ehtiyac duyulan yerə göndəriləcək”, – deyə Prezident vurğulayıb.
Bundan əlavə, iclasda Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri işğalçıların fəaliyyəti və onların yaxın planları barədə danışıblar.
Ukrayna Təhlükəsizlik Şurasının nümayəndələri ölkə daxilində ruslarla bağlı son tətbiqlərin gedişi haqqında məruzə ediblər.
Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı bütün toqquşma xətti boyunca hücum və müdafiə hərəkətlərinə toxunub.
“Biz öz övladlarımıza inanırıq. Biz işləməyə davam edirik”, – Prezident əlavə edib.