Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Xudatda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Boyukmillet.com xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Vüqar Məmmədxanov və Ayaz Rəhimov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vüqar Məmmədxanovun barəsində həbs qətimkan tədbiri, Ayaz Rəhimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …