Ermənistanda bir qrup vətəndaş parlamentin önündə etiraz aksiyası keçirir.
Boyukmillet.com xəbər verir ki, onlar “müdafiə sənayesinin inkişaf etdirilməsini” tələb edirlər.
Etirazçıların sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib:
“Biz 44 günlük müharibədə olduğu kimi indi də müdafiəsiz qalmışıq”.
Aksiya iştirakçıları bildirirlər ki, hökumət pulu məqsədyönlü istifadə etmir:
“Bu günlərdə ölkədə müxtəlif bayram tədbirləri keçirilir, müğənnilər dəvət olunur, bu müğənnilərin Ermənistana gətirilməsi üçün astronomik məbləğlər xərclənir, hərbi sənayenin inkişafına isə bir qəpik də ayrılmır. Burada biz hərbi sənayeyə “hə”, əylənməyə “yox”, tamaşa-əyləncəyə “yox” deyirik”.