Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb

Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb.

Boyukmillet.com xəbər verir ki, ay ərzində konveyerlərdən 5000 qurğunun buraxılması nəzərdə tutulub.

Yeni dronlar gecələr də istifadə oluna biləcək. Dronları idarə edən operatorlar monitorda onun hərəkətini izləyə biləcək.

Qeyd edək ki, kvadrokopter Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastellonun şərəfinə adlandırılıb. İkinci Dünya müharibəsində onun təyyarəsi faşist texnikasının cəmləşdiyi əraziyə zərbə endirib. Ekipaj üzvləri həlak olublar.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …