Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ukrayna Prezident Ofisi: “Rusiyada partlayışlar daha tez-tez olacaq”

“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur.

Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək.

Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …