Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya Ukraynaya kapitulyasiya təklif edib

“Ukraynanın sülhə apara bilən kapitulyasiyaya ehtiyacı var. Amma nə Vaşinqton, nə də Kiyev bunu istəyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev teleqramda yazıb.

Onun sözlərinə görə, Kiyevin əks-hücumu nəticəsində minlərlə insan qırğına göndərilir.

Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə yalnız Ukraynanın ərazi bütövlüyü bərpa olunandan sonra başa çata bilər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı savaş ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …