ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında ona qarşı irəli sürülən ittihamları uydurma adlandırıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Fox News Digital yazıb.
Trampın sözlərinə görə, bu, siyasi motivli ittiham aktıdır və onun siyasi kampaniyasının ortasında istifadə edilməsinə qərar verilib. Bundan əlavə, Tramp əlavə edib ki, ona qarşı irəli sürülən ittihamlar “cadugər ovu”nun davam etdiyini təsdiqləyir.
Eks-prezident dəfələrlə vurğulayıb ki, ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilmir. O, ona qarşı irəli sürülən ittihamları 2024-cü il prezidentlik yarışından kənarlaşdırmaq cəhdi kimi qiymətləndirir.