Bazar , 7 Dekabr 2025
Drone Cameras

Ukrayna ordusu PUA-larla Belqoroda hücum edib

Ukrayna ordusu son sutkada pilotsuz uçuş aparatları (PUA) və atıcı silahlarla Rusiyanın Belqorod vilayətinə hücum edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.

O qeyd edib ki, hücum nəticəsində mülki infrastruktura zərər dəyib.

Həmçinin, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da vilayətə hücum edildiyini bəyan edib. Onun sözlərinə görə, 3 evə ziyan dəyib, xəsarət alan olmayıb.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …