Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Yevlaxda yaşayan şəhid bacısının fəryadına yetişən yoxdur

Boyukmillet.com xəbər saytına edilmiş müraciət əsasında Yevlax rayonuna gedərək şikayətçi vətəndaş Səbinə xanımla görüşüb onu dinlədik və videomüraciətini qeydə aldıq.

Əsgərova Səbinə Baloğlan qızı Yevlax rayonunun Qoyunbinəsi kəndində yaşayır.Şəhid Samir Bəşirovun bacısıdır.Qaynı Vaqif Əsgərov da Vətən uğrunda şəhid olub.Səbinə xanım Yevlax rayon prokurorluğundan şikayət edir.Beləki,bu ilin avqust ayında onlara yaşadıqları kəndin bələdiyyəsindən zəng vurulub,gəlinləri Vaqifli Gülər Qəhrəman qızının rayon prokurorluğuna çağırıldığı bildirilib.Gülərin qaynanası buna qəti etiraz edib,deyib ki,gəlini xəstədir,hamiləlik dövründə qıcolmalar əmələ gəlib,dəfələrlə müalicə kursu alıb,hələ də nəzarətdə saxlanılır.

Amma onun dediklərinə əhəmiyyət verilməyib.Kənd bələdiyyəsi,sahə polisi prokurorluğun göstərişi ilə onların evinə gəlib.Nəhayət, avqustun 11-də vətəndaş Vaqifli Gülər Qəhrəman qızı həyat yoldaşı və qaynanası ilə rayon prokurorluğuna gedib,orada böyük köməkçi Ələsgərov Rauf Fikrət oğlu tərəfindən sorğu-sual edilib.Gülərdən onu müalicə,
əməliyyat etmiş həkimə pul verib-vermədiyi  soruşulub.Qaynanası və həyat yoldaşı Gülərin səhhətinə görə narahat olduqları üçün içəri keçmək istəyiblər,lakin onlara icazə verilməyib.Səbinə xanım orada da gəlininin sağlamlıq durumu barədə məlumat verib,xahiş edib.Ancaq ona məhəl qoyan olmayıb.

İndi Səbinə Əsgərovanın bir sıra tələbləri var.O bildirir ki,gəlini Gülər rayon prokurorluğuna çağırıldıqdan sonra gəlininin səhhəti həyəcandan,sarsıntıdan pisləşib.Onsuzda qıcolmadan müalicə alırdı,indi bir qədər də sağlamlığı pozulub.Səbinə xanım haqlı olaraq sual verir: nə üçün prokurorluq rəsmi şəkildə vətəndaşa çağırış vərəqəsi göndərmir? Nə üçün çağırışın məqsədi bildirilmir? Belə alınır ki,prokurorluq qanunçuluğa nəzarət etməli olduğu halda,elə özü də qanunu pozur.Yevlax rayon prokurorluğunun nümunəsində biz buna şahid oluruq.Əgər Yevlax rayon prokuroru Ceyhun Almasovun bu məsələdən xəbəri yoxdursa,xahiş edirik,araşdırıb bir aydınlıq gətirsin.Hər halda köməkçinin dərəbəyliyinə onun-Ceyhun müəllimin elə özü cavabdehdir və tam məsuliyyət daşıyır.

Səbinə Əsgərova ümid yerinin cənab Prezident İlham Əliyev,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya olduğunu deyir.Özü demək olar işsizdir,Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş həyat yoldaşı kənddə fəhləliklə ailəsinə qazanc gətirməyə çalışır.Dəfələrlə şəhid ailəsi olaraq kənd təsərrüdatı ilə məşğul olmaq üçün icra strukturlarından münbit torpaq sahəsi istəyiblər.Lakin istəklərinə cavab almayıblar.Bu mövzunu da diqqətdə saxlayacayıq.Hələlik isə Yevlax rayon prokurorluğu,prokuror köməkçisi Rauf Ələsgərov,rayon prokuroru Ceyhun Almasovun qanun saymamazlığını diqqətinizə çatdırmaq istədik.Səbinə Ələsgərova gəlinin Vaqifli Gülərə qarşı edilmiş qeyri-qanuni hərəkətlərə qiymət verilməsini,Gülərin prokurorluqda keçirdiyi stressə görə səhhətinin pozulması səbəbi ilə onun müalicəsinin təşkil olunmasını tələb edir.Biz də öz adımızdan baş prokuror cənab Kamran Əliyevdən bu məsələnin nəzarətə götürülməsini və ciddi ölçü götürülməsini xahiş edirik.

Sima Babayeva

Check Also

Prokurorluq vətəndaşın polis tərəfindən şərləndiyini təsdiqləyib

Şəmsiyyə Manafova bir ildən sonra azadlığa buraxılıb Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Şəmsiyyə Manafovanın …