Cümə , 22 Noyabr 2024
Drone Cameras

Komitə sədri: “Ölkədəki restoran, kafe, mağazalarda ana dilimizə sayğı göstərilməlidir”

“Azərbaycanda fəaliyyət göstərən restoran, kafe və mağazalarda ana dilimizə sayğı göstərilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, dilimizə hörmət etməli, ona qarşı həssaslığımızı artırmalıyıq: “Əgər lazımi sayğı göstərilmirsə, buna reaksiya göstərməliyik. Dilimizə hörmət edilməməsi özümüzə, dövlətə, xalqa hörmət edilməməsi deməkdir. Buna görə də həssaslığımızı artırmalıyıq. Qanunvericiliyimizdə dil məsələsi xüsusi yer alıb. Qanunun tələblərinə riayət edilməsinə çalışmalıyıq. Hətta bəzi qurumlar var ki, onların üzərinə ciddi iş düşür. Onlar bunu daha çox dərk etməlidir”.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …