Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bavariyanın Baş naziri antisemit qalmaqalından sonra naziri işdən çıxarmayıb

Almaniyada Bavariyanın Baş naziri Markus Zöder məktəb illərində antisemit vərəqələr yaydığı iddia edilən federal əyalətin iqtisadiyyat naziri Hubert Eyvanqeri vəzifəsindən uzaqlaşdırmamaq qərarına gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Focus” məlumat yayıb.

“Hadisənin üzərindən 35 il keçib. Heç kim əvvəlki kimi qalmır. Onun işdən çıxarılması isə qeyri-mütənasib olardı”-deyə, Baş nazir bildirib.

Onun sözlərinə görə, Hubert Eyvanqer gəncliyində ciddi səhvlərə yol verdiyini, lakin indi “peşman olduğunu” etiraf edib. Bundan əlavə, Zöderin vurğuladığı kimi, Eyvanqerin bu vərəqələri yazması və ya çap etməsi ilə bağlı hələ də heç bir sübut yoxdur.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …