Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daşkəsəndə daha bir küçəyə şəhid adı verilib

Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Daşkəsən rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adlarının verilməsi davam edir.

Boyukmillet.com xəbər verir ki, Daşkəsən şəhərində küçələrdən birinə Vətən müharibəsi zamanı şəhid olan Orxan Cəfərlinin adı verilib.

Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. 2003-cü ildə Daşkəsən şəhərində Anar Mürsəlov adına orta məktəbə daxil olub. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə fərqlənməyə görə çavuş rütbəsi alıb. 2015-ci ildə hərbi xidməti başa vurub.

Orxan 2016- ci ildə Müddətdən artıq Hərbi Xidmətə daxil olub, manqa komandiri vəzifəsində çalışıb. 2020-ci ildə gizir kursunu bitirib və gizir rütbəsi alıb. Orxan Cəfərli Vətən Müharibəmizin ilk günündə Murovdağ döyüşləri zamanı şəhid olub.

O, şəhid olmamışdan öncə sağ çiyin nahiyəsindən yaralanıb. Yaralı vəziyyətdə olmasına baxmayaraq, döyüşçü yoldaşınının həyatını xilas edib. Şəhidlərimizin nəşini götürmək üçün yenidən döyüşə atılaraq, bir neçə erməni ilə əlbəyaxa olub, düşməni əllərilə boğub.

Orxan Cəfərli ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Orxan Cəfərlinin əmisi oğlu Həmid Cəfərli də Vətən Müharibəsində şəhid olub.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …