Cümə , 22 Noyabr 2024
Drone Cameras

Güneyli fəal universitetdən qovuldu

Urmiya Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb.

Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyi üçün cəzalandırıldığı bildirilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Check Also

Güneyli milli fəal həbs edilib – FOTO

Bu gün səhər saatlarında səkkizə yaxın mülki geyimli hökumət muzdlusu Güney Azərbaycan Milli Hərəkatının fəalı …