Bazar , 20 Aprel 2025
Drone Cameras

“Açıq mikrofon” Hacırüstəmli kəndinin sakinlərinin ixtiyarında – FOTOLAR

“Səyyar qəbul otağı” İmişli rayonunda təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, aksiyaya qatılan rayonun Hacırüstəmli kənd sakinləri qaz təchizatında üzləşdiyi problem və təkliflərini ünvanlayıblar. Müraciətlərə gəlincə, bunlar fərdi yaşayış evinə quraşdırılan sayğacın  yenisi ilə əvəzlənməsi, orta məktəbin və məscidin qazlaşdırılması kimi məsələlərlə bağlı olub. Son iki müraciətlə bağlı vətəndaşlara məlumat verilib ki, sakinlər məsələ ilə əlaqədar lazımi sənədləri müvafiq qurumlara təqdim etməlidirlər. SOCAR “Azəriqaz” İB isə yalnız bundan sonra həmin qurumların verdiyi sənədə əsasən qazlaşdırma işlərini həyata keçirir.

Görüşdə səsləndirilən bütün problem və təkliflərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Check Also

AXCP və Milli Şura mitinq keçirməyi planlaşdırır

Mitinqin “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!” tələbilə keçirilməsi istənilir Azərbaycan Xalq Cəbhəsi Partiyası …