Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Qərbə jest edirlər ki, bizə Rusiya yox, siz lazımsınız, sizin istədiyinizi edirik”

 “Ermənistan özü dünyadan humanitar yardım diləndiyi bir vaxtda Ukraynaya humanitar yardım göstərməsinin səbəbi aydındır, o bununla Rusiyaya qarşı çıxdığını göstərmək istəyir”

“Ermənistan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərib”. Bu barədə “Azadlıq” radisonun erməni xidməti məlumat yayıb. Amma göndərilən yardımın nədən ibarət olduğu və hansı məbləğdə olduğu hələlik məlum deyil. Radioya görə, rəsmi İrəvan bu barədə yaxın vaxtlarda məlumat verəcək. Qeyd olunana görə, Xarici İşlər Nazirliyi və hökumət hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyiblər. “Azadlıq” radisonun erməni xidməti belə yazıb.

Rusiya Ukrayana müharibəsi yeni deyil, uzun müddətdir başlayıb və amma indiyə qədər Ermənistan Ukraynaya humanitar məqsədlə bir çöp də olsun göndərməyib. Bu müharibədə Rusiyaya dəstək olduğunu dəfələrlə ortaya qoyan Ermənistanın birdən-birə “humanist” olması təəccüb doğurmaya bilmir. Bilindiyi kimi, Ermənistanla Rusiya arasında hazırda soyuq küləklər əsir, bu halda Ermənistan tərəfindən belə bir addım atılması onun Rusiyaya acıq vermək istəyinin nəticəsidir. Özünü “müstəqil siyasət aparan dövlət” kimi qələmə vermək istəyən Ermənistan guya Rusiyadan asılı olmadığını göstərmək istəyir. Rusiyanın acığına siyasi gedişlər edən Ermənistan bununla həm də özünü Qərbpərəst göstərmək, Qərbin dəstək verdiyi Ukraynaya tərəfkeşlik etdiyini göstərmək niyyətini ortaya qoyur.

  • “Qərbə jest edirlər ki, bizə Rusiya yox, siz lazımsınız, sizin istədiyinizi edirik”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın Ukraynaya yardım göndərməsi çox təəccüblü görsənir.  “Təbii, Ermənistan və humanitar sözü bir-biri ilə təzad təşkil edən anlayışlardır. İki ildir orada müharibə gedir, nə qədər dağıntı var, kəndlər, şəhərlər dağıdılıb, insanlar öldürülüb, çoxlu sayda insan ac-yalavac qalıb, amma Ermənistanın buna heç vaxt reaksiyası olmayıb. İki ildən sonra yatıb ayılıb ki, Ukraynaya yardım göndərmək lazımdır. Ermənistanın yardımı barədə geniş məlumat verilmir, göndərdiyi də şübhə doğurur, onun bu addımını nə Ukrayna, nə də dünya ictimaiyyəti səmimi qəbul edə bilməz. Ermənistan özü dünyadan humanitar yardım diləndiyi bir vaxtdan Ukraynaya humanitar yardım göstərməsinin səbəbi aydındır, o bununla Rusiyaya qarşı çıxdığını göstərmək istəyir. Qərbə jest edirlər ki, bizə Rusiya yox, siz lazımsınız, sizin istədiyinizi edirik. Bu da sözsüz  ki, Rusiyada qıcıqla qarşılanacaq. Onsuz da Rusiya Ermənistan münasibətləri elə də yaxşı deyil”-deyə  bildirən S.Adıgözəlli qeyd etdi ki, Ermənistan heç zaman müstəqil siyasət yürüdə bilməz, onun ipinin biri Rusiyanın, o biri isə Qərbin əlindədir. Ermənistan heç zaman Azərbyacan ola bilməz deyən müsahibimiz bildirdi ki, Azərbaycan qonşuları ilə də, başqa ölkələrlə də səmimi münasibət qurub, Ukrayna ilə münasibətləri də bu şəkildədir. Azərbaycanın müharibənin ilk günündən müstəqil siyasət yürütdüyünü və Ukraynaya ciddi humanitar dəstək verdiyini deyən İSBAM sədri bildirdi ki, Azərbaycan müharibə nəticəsində ata-anasını itirən uşaqların ölkəmizə gətirilməsini, onların burada reablitasiyasının təmin edilməsini, onlara hər bir qayğı göstərilməsini həyata keçirib.

“Ermənistan isə dövlət yox, başqa ölkələrin vassalı kimidir. Rusiya ilə arası pozulub deyə bu işləri görür”-deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …