Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,65 % artaraq 97,06 ABŞ dolları təşkil edib.

Boyukmillet.com xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 90,44 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Check Also

Müharibə və neftin bahalaşması qlobal ərzaq qiymətlərini artırır, əkin sahələri isə azalır

Mart ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri artıb. Bu artım əsasən Yaxın Şərqdə münaqişənin kəskinləşməsi …