Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan – İordaniya oyununu türkiyəli hakim idarə edəcək

Bakıda Azərbaycan və İordaniyanın futbol üzrə milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun təyinatları bəlli olub.

Boyukmillet.com xəbər verir ki, qarşılaşma Türkiyədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Arda Kardeşlerə yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da oynanılacaq Azərbaycan – İordaniya görüşü saat 20:00-da başlayacaq.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …