Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir

Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilir.

Boyukmillet.com xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ali məktəb rektorları, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Check Also

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət etdi

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə …