Bazar , 29 Mart 2026
Drone Cameras

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədliyə hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikayət edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən, ümumilikdə, 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …