Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AQC Ankara Universiteti ilə memorandum imzalayacaq – FOTOLAR

Bakıda səfərdə olan Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədr müavini, professor Harun Tanrıvermiş və Türkiyənin tanınmış inşaat mühəndisi, professor Mustafa Tombul Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucla görüşüblər.

Professor Harun Tanrıvermiş Azərbaycana dəvətə görə Vüqar Oruca minətdarlığını bildirib və AQC sədrinin türkiyəli həmkarı ilə birlikdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ərsəyə gəlməsində xüsusi xidmətlərini vurğulayıb.  O, türk dövlətləri qiymətləndiriciləri arasında yüksək əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc Azərbaycan və Türkiyə, habelə türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini söyləyib. Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində türk dövlətləri arasında həmrəyliyin ən yüksək səviyyəyə çatdığını deyən sədr Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı qonaqları məlumatlandırıb. AQC sədri bildirib ki, qurumun noyabr ayında Ankarada keçiriləcək toplantısında vacib qərarların qəbulu nəzərdə tutulur.

Bakıdakı universitetlərdən birində əmlak və qiymətləndirmə mütəxəssislərinin ixtisaslaşacağı fakültənin təsis olunmasının zəruriliyindən bəhs edən V.Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin bu istiqamətdə səfərbər olunduğunu və ali təhsil müəssisələri ilə danışıqlar apardılığını qonaqların diqqətinə çatdırıb. Görüş əsnasında Ankara Universitetinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Təlim, tədris və sertifikatlaşdırma Departamenti ilə birlikdə onlayn və canlı kursların təşkil etməsi barədə razılıq əldə olunub.

Qərara gəlinib ki, noyabr ayında Türkiyənin paytaxtında baş tutacaq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı çərçivəsində Ankara Universiteti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında Əməkdaşlıq Memorandumunun imzalansın. Görüşdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Təlim, tədris və sertifikatlaşdırma Departamentinin rəhbəri İbrahim Quliyev və Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynov iştirak ediblər.

Görüşdən sonra qonaqlar Şəhidlər Xiyabanını və ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …